Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Klublara Maliyyə Nəzarəti Komitəsinin (СFCB) Birinci Palatası İtaliyanın “Yuventus” klubuna qarşı lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarının mümkün pozuntularına görə araşdırma başladıb.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İstintaq İtaliyanın Şirkətlər və Birjalar Komissiyası ilə Turin prokurorluğunun apardığı araşdırma nəticəsində ictimaiyyətə açıqlanan maliyyə pozuntuları iddialarına diqqət yetirəcək.
Bildirilir ki, CFCB-nin Birinci Palatası münasib hesab etdiyi istənilən hüquqi və intizam tədbirini görə bilər.
Həmçinin, vurğulanır ki, qurum səlahiyyətlilərlə əməkdaşlıq edəcək və istintaq dövründə hər hansı şərhdən imtina edəcək.
Qeyd edək ki, noyabrın 29-da “Yuve”nin direktorlar şurası üzvlərinin əksəriyyəti, o cümlədən prezident Andrea Anelli və vitse-prezident Pavel Nedved istefa verib. Dekabrın 1-də Turin prokurorluğu Annellinin məhkəməyə gəlməsi üçün çağırış vərəqəsi hazırlayıb.