Son zamanlar sosial media hesabında paylaşdığı rəqs videoları ilə adından söz etdirən dünya şöhrətli müğənni Britni Spirs yenidən gündəmə gəlib.
"Unikal" xəbər verir ki, müğənni başqasının fotosunu şəxsi "Instagram" hesabında öz şəkli kimi paylaşıb.
Çox keçməyib ki, izləyiciləri onun bu fotosunu müğənniyə aid olmadığını bildiriblər. Britninin paylaşımı məsxərəyə qoyulub.
Sosial şəbəkə istifadəçiləri "Gedib öz şəklini çəkməlisən" və "Niyə sadəcə şəkillərə baxırsan... Milyonlarla pulun var! Get bu yerlərə özün bax, öz xatirələrini yarat!" kimi şərhlər ediblər.