DÇ-2022-nin E qrupunun son turunda İspaniyaya qalib gələn Yaponiya millisi dünya çempionatları tarixində yeni antirekorda imza atıb.
"Unikal" xəbər verir ki, Asiya təmsilçisi 2:1 hesabı ilə başa çatan matçda 17,7 faiz topa sahib olub. Bu, turnirlər ərzində qalib gələn komanda üçün antirekorddur.
Bundan əlavə, Yaponiya Dünya Kuboku tarixində ilk hissəsində uduzduğu iki fərqli oyunda geridönüş edən üçüncü komanda olub. Daha öncə Braziliya (1938-ci il) və Almaniya (1970-ci il) bu göstəriciyə imza atmışdı.