SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sosial şəbəkələrdə lokal dayanmalara verilən reaksiyaların SOCAR “Azəriqaz” İB-nin gördüyü işlərə kölgə saldığını vurğulayıb. Şöbə rəisi qeyd edib ki, qurum qışa hazırdır və bu istiqamətdə də görülən tədbirlər isə təbii hal daşıyır.
Aksiyada iştirak edən Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək isə noyabr ayında daxil olan zənglər barədə ətraflı məlumat verib. Şöbə rəisi cari ay ərzində ünvanlanan 121 596 müraciətdən 104 748-nin Bakı və Abşeronun payına düşdüyünü bildirib. Xalidə Şimşək zənglərin artma səbəbini ilin sona yaxınlaşması ilə bağlı olduğunu da vurğulayıb.
Digər məsələlərin də müzakirə olunduğu “Açıq qapı” aksiyası jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.