Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin son oyunları keçirilib.
"Unikal" xəbər verir ki, öncə H qrupunda mübarizəyə yekun vurulub.
Son turun görüşləri eyni vaxtda başlayıb. Ardıcıl iki qələbə ilə 1/8 finala vəsiqəni təmin edən Portuqaliya Cənubi Koreya ilə üz-üzə gəlib. Kriştiano Ronaldu və komandası qrupdan 1-ci yerlə çıxmaq üçün asiyalılara uduzmamalı idi. Düzdür, məğlubiyyət də lider kimi qalmağa yetərli ola bilir. Amma bunun üçün Qanadan sərfəli nəticə qeydə alınmalı idi.
Qrupun digər matçında Qana ilə Uruqvay görüşüb. İkinci vəsiqəyə sahib çıxmaq üçün afrikalılara qələbə lazım idi. Qanaya heç-heçə də yetərli ola bilərdi. Bunun üçün digər oyunun nəricəsi də əhəmiyyət kəsb edib. Uruqvay isə qalib gəlib və Cənubi Koreyanın nəticəsini gözləməli idi.
Qeyd edək ki, bu gün G qrupunda da son turun qarşılaşmaları keçirilib.