"Danışılası çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç bir şeyi meydanda həyata keçirmədik. Bu cür matçlarda ürəklə oynamaq, mübarizə aparmaq, qaçmaq lazımdır. Bunları etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm, azarkeşlərin qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur, çünki, qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin olacaq".
"Unikal" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi məğlubiyyətə görə hər kəsin məyus olduğunu bildirib: "Bu məğlubiyyət məni çox şey haqda düşünməyə məcbur edir. İlk edəcəyim şey oyuna bir daha baxmaqdır. Sabah məşqimiz var. Oyundan sonra paltardəyişmə otağında danışdıq. Hamı məyusdur. Amma bu, kifayət etmir. Oyun ərzində "Qarabağ"la mübarizə aparmadıq. Azarkeşlərin belə oyundan sonra narazı olması normaldır. Bu, soyuq duşdur. Hər birimiz güzgüdə özümüzə baxıb, təhlil etməliyik".