Dünən baş tutan Portuqaliya - Cənubi Koreya matçında əvəzlənərkən Kriştiano Ronaldo və rəqib oyunçu Ço Kyu-Sun arasında gərginlik yaşanıb.
"Unikal" xəbər verir ki, 37 yaşlı hücumçu meydanı tərk edərkən Ço ona tələsməsini söyləyib, Kriştiano isə barmağını dodaqlarına aparıb və ondan susmasını istəyib. Ronaldo sonradan jurnalistlərə açıqlamasında deyib:
"Meydanı tərk etmədən öncə koreyalı futbolçu mənə dərhal çıxmağımı söylədi. Ona dedim ki, "ağzını yum". Mənə bu sözləri demək səlahiyyəti yoxdur, rəy bildirməyinə gərəkməz".
Qeyd edək ki, matç Cənubi Koreyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.