Futbol üzrə Niderland millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

"Unikal" xəbər verir ki, "Xəlifə" stadionunda Niderland millisi ABŞ yığması ilə qarşılaşıb. 

Görüşdə Niderland millisi 3:1 hesablı qələbə qazanaraq çempionatın 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, bu gün pley-off mərhələsinin növbəti oyunu Argentina və Avstraliya yığmaları arasında oynanılacaq.