Argentina millisi 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

"Unikal" xəbər verir ki, Cənubi Amerika təmsilçisi 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. 

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq. 

***00:21

Argentina və Avstraliya matçında növbəti qol vurulub.

"Unikal" xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Julian Alvares fərqi iki topa çatdırıb.

***23:37

Argentina və Avstraliya yığmaları arasında keçirilən oyunda hesab açılıb. 

"Unikal" xəbər verir ki, görüşün 35-ci dəqiqəsində fərqlənən Lionel Messi  Argentina yığmasını hesabda önə keçirib. 

***22:22

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.