Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya millisi ilə qarşılaşmada Argentina millisinin kapitanı Lionel Messi fərqlənməklə karyerasında ilkə imza atıb.
"Unikal" xəbər verir ki, matçın 35-ci dəqiqəsində fərqlənən Messi iştirak etdiyi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsində qol vurub. Bu, 35 yaşlı futbolçunun mundiallarda iştirak etdiyi 22-ci oyununda 9-cu qol olub. Messi bu göstərici ilə Dieqo Maradona (21 oyun, 8 qol) və Kriştiano Ronaldonu (18 matç, 8 qol) qabağlamağı bacarıb.
Uve Zeeler, Karl-Hayants Rummeniqqe (Almaniya), Roberto Baco, Paolo Rossi, Kristian Vyeri (İtaliya), Jairzino, Vava (Braziliya), David Vilya (İspaniya) və Eysebio (Portuqaliya) da dünya çempionatlarında 9 qol vurublar.
Qeyd edək ki, Argentina-Avstraliya matçı Messinin peşəkar karyerasında 1000-ci oyun olub.