Azərbaycan Stolüstü Tennis Federasiyası Stolüstü tennis üzrə ölkə kuboku yarışlarına yekun vurub.

"Unikal xəbər verir ki, bu gün ölkə kubokunun final mərhələsi keçirilib. Stolüstü tennisin şəxsi, komanda, oğlan-qız və qoşa versiyaları üzrə keçirilən kubokda Kənan Pənahov uğurla çıxış edərək aktivinə bir neçə medal yazdırıb. Belə ki, K. Pənahov şəxsi, komanda, oğlan-qız versiyasında fəxri kürsünün ilk pilləsinə yüksəlib, qoşa versiyada isə ikinci yeri tutub.