Novruz əfvi gəlir
18:27 07-03-2013
CƏMİYYƏT
Azərbaycanda Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.
Bu barədə APA TV-yə millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.
Onun sözlərinə görə, artıq əfv haqqında əsasnamənin tələblərinə uyğun gələn məhkumların sənədləri toplanır: “Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu baş verəcək. Biz təbii ki, hüquq müdafiəçisi olaraq, həmişə əfv fərmanın verilməsinin arzusunda olmuşuq. Azərbaycan prezidentinin bu addımlarını yüksək dəyərləndirmişik və ümid edirəm ki, cənab prezident Novruz Bayramı öncəsi də belə bir humanist addım atacaq, bu dəfə də yüzlərlə insanı sevindirəcək”.
Komissiyaya daxil olan ərizələrin çox olduğunu bildirən millət vəkili qeyd edib ki, ərizələrin əksəriyyəti əfv haqqında əsasnamənin tələblərinə uyğun gəlmir. Əsasnaməyə görə, məhkum cəzasının yarısını çəkdikdən sonra əfv olunması ilə bağlı müraciət edə bilərlər: “Bəzən savadsızlıqdan 8-10 il iş verilən bir məhbusun valideynləri 6 aydan sonra bizə müraciət edirlər. Bəzən də görürsən cəzasının yarısını çəkməyib. Onda da müraciət edirlər. Bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq lazımdır. Çünki əfv məsələləri üzrə sektorun işi həddindən artıq çoxdur. Saysız hesabsız müraciətlər daxil olur, bunların hamısına cavab vermək isə böyük çətinlik yaradır”.
Qeyd edək ki, sonuncu dəfə əfv sərəncamı ötən ilin dekabr ayının 26-da imzalanıb və 86 nəfərə şamil edilib.
Digər Xəbərlər
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51