Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Bolqarıstanın "Vassil Levski" Milli İdman Akademiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
"Unikal" xəbər verir ki, memorandum əsasında tərəflər ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə qarşılıqlı əməkdaşlıq məsələlərini rəsmiləşdiriliblər.
Buraya hər iki tərəfin maraqlarını təmin edən təhsil fəaliyyəti, razılaşdırılmış prosedur qaydaları əsasında professor-müəllim heyətinin, tədqiqatçıların, dktorant və tələbə heyətinin mübadiləsi, birgə seminar və konfransların keçirilməsi məsələləri daxildir.