Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatında qarışıq komanda yarışlarının qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, finalda “Atilla İdman Klubu İdman Birliyi 1" komandasına 4:3 hesabı ilə qalib gələn “Neftçi İdman Klubu 1” qızıl medallara sahib çıxıb.

Bürünc medal uğrunda görüşlərdə isə “Kanokan TT” İdman Klubu "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-i 4:0, “Neftçi İdman Klubu 2” isə “Atilla İdman Klubu İdman Birliyi 2”ni 4:1 hesabı ilə məğlub edib.