Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vasif Həsənov Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, V. Həsənov bu təyinatadək həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Murad İbrahimli