Qətərdə keçirilən DÇ-2022-də 1/8 final mərhələsi başa çatıb.

"Unikal" xəbər verir ki, mərhələnin son matçında Avropa təmsilçiləri üz-üzə gəlib.

Mundialın 17-ci gününün son duelində Portuqaliya və İsveçrə matçı keçirilib.

Prineylilər İsveçrəni 6:1 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdıran tərəf olub.

Qeyd edək ki, 1/4 final mərhələsi dekabrın 9-10-da keçiriləcək.