Dünya Kuboku tarixində yeni rekord müəyyənləşib.
"Unikal" "Opta"ya istinadən xəbər verir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində 28 qol vurulub. Bu mundial tarixində ən yüksək göstərici olub.
1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb.
Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.