Türkiyəli aktrisa Gözde Türkerin yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "TRT 1"də yayımlanacaq "Alsancak" serialında rol alacaq. O, ekran işində "Türker" obrazına həyat verəcək. Aktrisanın bu rol üçün bir neçə dərs aldığı da bildirilib.
Layihədə Uğur Güneş, Gülsim Ali, İdris Nebi Taşkan, Emre Dinler, Tezhan Teczan, Aybars Düzey kimi adlar da çəkiləcək.
Qeyd edək ki, Gözde sonuncu dəfə "Kardeşlerim" serialında "Harika" obrazına həyat verib.