Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisası üzrə təhsil alan tələbələrə “Beynəlxalq idman tədbirlərinin idarə edilməsi və təşkili” modulunu tədris etmək məqsədilə G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin “Bədən tərbiyəsi” kafedrasının dosenti, s.ü.f.d., Rusiya Tələbə İdman İttifaqının birinci vitse-prezidenti Roman Olxovskiy dekabrın 4-dən etibarən Bakıdadır.
"Unikal" xəbər verir ki, tədris çərçivəsində Roman Olxovskiy idmanda beynəlxalq əməkdaşlıq və idman idarəetmə sistemləri haqqında tələbələrə mühazirə oxuyur. Dekabrın 12-dək davam edəcək səfər zamanı rusiyalı dosent tələbələr qarşısında idman nümayəndələrinin və qonaqlarının qarşılanması və yerləşdirilməsi, idman proqramlarının təşkili, idman obyektləri, dopinq nəzarəti və bir çox idman sahəsini əhatə edən mövzulardan danışmaqla onların müxtəlif idman xadimləri ilə onlayn görüşlərini də təşkil edəcək.