Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün İstanbulu tərk edib.
"Unikal" xəbər verir ki, 39 yaşlı aktrisa Fransanın Paris şəhərində məskunlaşıb. Büyüküstün bu ölkədə nə qədər qalacağı ilə bağlı heç bir məlumat verməyib.
Aktrisa əkiz qızları - Maya və Toprakla birlikdə Parisdə yaşacağını "ELLE" jurnalına müsahibəsində deyib:
"Hazırda qızlarla buradayıq, amma bunun nə qədər davam edəcəyini planlaşdırmadıq. Parisi çox sevdiyimi və burada özümü evimdəki kimi hiss etdiyimi hər zaman demişəm. Qızlar məktəbə gedir, gündəlik işlərimi mən görürəm”.