Milli Məclisin iclası davam edir.
"Unikal" xəbər verir ki, iclasda 2023-cü ilin dövlət büdcə zərfi III oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.
Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyin 978 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edirdi. Eyni zamanda, qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təşkil edirdi.
Anar Kəlbiyev