Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunda baş verib. Ucar Rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.

Daxil olan şikayət əsasında Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.