Türkiyəli aktrisa Ezgi Mola izləyicisindən şikayətçi olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa məhkəməyə müraciət edərək 2016-cı ildən Kemal Kahraman adlı şəxsin onu təhdid etdiyini bildirib:
"Əvvəllər məni çox sevən pərəstişkardır deyə düşündüm, anlayışla qarşıladım. Getdikcə üzərimdə təzyiq yaratdı".