"Sabah"ın yarımmüdafiəçisi Namik Ələskərov qasıq nahiyyəsindəki yırtıqdan əməliyyat olunub.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.
Həkimlərin rəyinə əsasən, Namik təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.