Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo Qətərdə keçirilən dünya çempionatında Mərakeşlə 1/4 final oyunundan sonra ağlayıb.
"Unikal" xəbər verir ki, yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib.
Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci və sonuncu mundial olub.
Qeyd edək ki, qarşılaşmada yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub. Mərakeş yarımfinalda İngiltərə - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
Mərakeş millisi Portuqaliyanı mundialdan uzaqlaşdırdı.
— Unikal Media Group (@UnikalOrgPortal) December 10, 2022
Ronaldo sonuncu Dünya Çempionatını ağlayaraq tərk etdi... pic.twitter.com/N4zjpntxgE