Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, Fransa millisi yarımfinala son vəsiqənin sahibi olub. "Xoruzlar" 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb - 2:1.

Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin topa yaxınlaşan Keyn bu dəfə hədəfdən yayınıb.

Beləliklə, Fransa yığması qələbə sayəsində finala gedən yolda Mərakeş seçməsinə rəqib olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

xxx

00:48

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab dəyişib.

"Unikal" xəbər verir ki, 78-ci dəqiqədə Olivye Jiru fransız millisinin ikinci qolunu vurub. 

Bununla da "xoruzlar" yenidən hesabda önə çıxıb - 2:1.

xxx

00:17

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, 1/4 finalın son oyununda 2-ci qol vurulub.

54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Böyük Britaniya təmsilçisinin kapitanı Harri Keyn hesabı bərabərləşdirib 1-1.

xxx

10.12.2022 - 23:26

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, oyunun 17-ci dəqiqəsində fərqlənən Orelyen Çuameni fransız millisini hesabda önə çıxarıb. 

xxx

23:05

Qətərdə keçirilən dünya çempionatında 1/4 finalın son oyunu başlayıb.

"Unikal" xəbər verir ki, oyunda İngiltərə və Fransa milliləri mübariə aparır. 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

xxx

21:52

Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyununda üz-üzə gələcək İngiltərə və Fransa yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford, Kayl Uolker, Luk Şou, Deklan Rayz, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (K), Bukayo Saka, Fil Foden, Cud Bellingem

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.