Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusudur.

"Unikal" xəbər verir ki, 35 yaşlı hücumçu dünyaca məşhur "Goal.com" saytının versiyasına əsasən, 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb. Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.

İkinci sırada Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk "3-lüy"ü "xoruzlar"ın digər forvardı Antuan Qrizmann tamamlayr.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.