"Ulduz döyüşləri" filminin məşhur aktyoru Qari Fridkin 70 yaşında vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ölümünə səbəb koronavirusdan sonra orqanizmində yaranan fəsadlar olub. Fridkin üç ay reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, aktyor “Qar bənövşəyi”, “Qorxunc xanımlar”,  “Alatoranlıq” kimi məşhur layihələrdə çəkilib.