Dekabrın 9-u və 10-da Almaniyanın Leverkuzen şəhərində bədii gimnastika üzrə keçirilən 4-cü “Qış kuboku” yarışında yığma komandamızın üzvü Leyli Ağazadə lent ilə hərəkətlərin icrasında qızıl medal qazanıb.

“Unikal” xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.