FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.
"Unikal" xəbər verir ki, futbol qurumundan verilən məlumata görə, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.
Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.
Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda oynanılacaq.