Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın Orlean şəhərində keçirilən sablya növü üzrə Qran-pri yarışında 5-ci yeri tutub.
Federasiyadan "Unikal"a verilən məlumata görə, mübarizəyə əsas mərhələdən başlayan 26 yaşlı idmançı startda Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə fransalı Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib.
Avropa çempionu ən güclü "8-liy"ə yüksəlmək uğrunda qarşılaşmada digər Fransa sablyaçısı Anne Poupinetdən üstün olub - 15:9. Yarımfinala gedən yolda İtaliya qılıncoynadanı Çiara Mormileyə 10:15 hesabı ilə uduzan Başta yekun sıralamada 5-ci olub.