Bir müddətdir Amerikada yük maşını sürən aktyor Tolqa Karelin yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Sıfırıncı gün" serialında rol alacaq.
Ekran işi yaxın zamanda "Tv8" kanalında yayımlanacaq.
Qeyd edək ki, Tolqa Karel hər şeyini ataraq Türkiyəni tərk etmişdi. O, 2017-ci ildə Sarah Skottla evlənib Amerikaya köçmüşdü.