2018-ci ildən birlikdə olan aktrisa Hazar Ergüçlü rejissor Onur Ünlüdən ayrılıb.
"Unikal" Türkiyə KİV-ə istinadla xəbər verir ki, aralarındakı 19 yaş fərqinə fikir vermədiklərini bildirən cütlüyün ayrılma səbəbi diqqət çəkib. Ergüçlü ilə Ünlünün fikir ayrılığına görə ayrıldığı iddia edilib.
Digər tərəfdən, Hazar Ergüçlü bu yaxınlarda diqqətçəkən açıqlama verib. Sevgilisi Onur Ünlünün geyimi haqqında nə düşündüyünü soruşulan Ergüçlü, "Əksinə, Onur məni belə transparan geyinməyə təşviq edir. Mən bəzən "çox açıq-saçıqdır" deməkdən çəkinirəm. Açıq-saçıq geyimlərimin səbəbi Onurdur", - deyib.