Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə həyata keçirdikləri AİDA proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Yaxın Şərqdə Sülh Mədəniyyəti Bölməsinin direktoru və Əmman Yerli İdarəetmə Nazirliyində İordaniya Baş Nazirinin müavininin media üzrə müşaviri Mohammad Saleh Abdullah Al-Malkawi ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov qonaqlara Azərbaycanda media sahəsində həyata keçirilən islahatların gedişatı,Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri, sahəvi jurnalistikanın inkişafı ilə bağlı həyata keçirilən təlimlər barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Görüşdə Mohammad Saleh Abdullah Əl-Malkavi media sahəsində əməkdaşlıq formatlarının inkişaf etdirilməsinin və əlaqələrin gücləndirilməsi üçün birgə layihələrin icrasınınəhəmiyyətini qeyd edib.
Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.