“12 dekabr tarixindən başlayaraq Eko fəallar və QHT rəhbərləri Şuşa-Xankəndi yolunda Sülhməramlıların yerləşdiyi ərazidə dinc aksiyaya başlayıblar. Artıq 30 saata yaxındır ki, vətəndaş cəmiyyətinin üzvləri ekoloji terrora son qoyulması üçün şüarlar səsləndirirlər. Sülhməramlı kontingentin Komandiri general Andrey Volkovun gəlməsini və suallara cavab verməsini tələb edirlər".
Bunu "Unikal"a açıqlamasında “ELM” ictimai birliyinin sədri, aksiya iştirakçısı Səbuhi Abdullayev deyib.
Onun sözlərinə görə, 3 dekabr tarixində əldə olunmuş razılığa əsasən 10 dekabr tarixində Azərbaycan nümayəndə heyətinin qızıl və mis-molibden yataqlarında ekoloji monitorinqin aparılmasına əvvəldən planlaşdırılmış maneə yaradılıb. Bununla əlaqədar olaraq ekoloji terrora son qoymaq üçün aksiyaya start verilib. Ruh yüksəkliyi ilə davam edən etiraza artıq müxtəlif könüllü təşkilatları da qoşulub.
"İlk olaraq dinc şəkildə tələblərin yerinə yetirilməsi üçün general Volkovun gəlməsi və vətəndaş cəmiyyətinin üzvlərinin suallarına cavab verməsi tələb olundu. Bu tələbin yerinə yetiriləcəyi deyilsə də, prosesin uzandığını görən aksiya nümayəndələri çadırlar quraraq aksiyanı gecə boyu aksiyanı davam etdirdilər. Aksiyanın tələblərin yerinə yetirilənə qədər davam etməsi planlaşdırılır. Hava şəraitinin soyuq olmasına baxmayaq iştirakçıların sayı durmadan artır. 130 QHT nümayəndəsi ilə başlasaq da, hazırda 2000-dən artıq aksiyaçı tələblərin yerinə yetirilməsinə çalışır".
Gülayə Mecid