Yeni layihəsi üçün imicini dəyişən aktrisa Ebru Şahin jurnalistlərin obyektinə tuş gəlib.
"Unikal" xəbər verir ki, saçını dəyişərək fərqli makiyajı ilə diqqət çəkən aktrisanın imici usta sənətçi Aydan Şenerlə müqayisə edilib.
Bəzi sosial şəbəkə istifadəçiləri onu bu dəyişimini bəyənməyib.
Qeyd edək ki, Ebru Şahin "Hercai" və "Destan" serialında daha da məşhurlaşıb.