Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan “Kurtlar Vadisi”nin aktrisası Müge Ulusoy illər sonra obyektivlər qarşısına çıxıb. 

"Unikal" xəbər verir ki, serialda Laz Ziyanın üsyankar qızı Meral obrazını canlandıran Ulusoy gözəlliyi ilə diqqət çəkib.  

50 yaşlı aktrisanın son halı sosial şəbəkədə gündəm olub.  Belə ki,  onun pərəstişkarları "İllər keçdikcə cavanlaşan yeganə insan sən ola bilərsən" şərhini yazıblar.