Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.