“Agah Beyoğlu” obrazı ilə Haluk Bilginərə “Emmy” mükafatı qazandıran “Şahsiyet” serialının ikinci mövsümü çəkiləcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin yeni bölümləri isə "Disney Plus"da yayımlanacaq.

Yaxın zamanda serialın çəkilişlərinə start veriləcək.

Qeyd edək ki, ekran işi daha əvvəl "Puhu TV"də nümayiş olunurdu.