Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.
"Unikal" xəbər verir ki, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.
İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.