"Ruh musiqisinin xaç anası" kimi tanınan məşhur müğənni Patti La Belle Viskonsin ştatında konsert verərkən, həyəcanlı anlar yaşanıb.

"Unikal" “The Guardian”a istinadən xəbər verir ki, konsert zamanı məkan bomba təhlükəsi ilə üzləşib və müğənni mühafizəçilər tərəfindən dərhal səhnədən uzaqlaşdırılıb. Təxminən 2500 nəfərlik zal bir neçə dəqiqə ərzində boşaldılıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Polisdən verilən açıqlamada məkanda partlayıcı qurğu tapılmadığı bildirilib. 

Samirə Bəhramova