Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirində komandamız yarımfinala vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, qrup mərhələsində ATU (3:2), BMU (12:3) və ADNSU-dan (6:4) olan rəqiblərini məğlub edən komandamız 1/4 finalda AzMİU kollektivi ilə qarşılaşıb. Görüş 8:1 hesabı ilə təmsilçilərimizin xeyrinə başa çatıb.

Finala vəsiqə uğrunda komandamız Azərbaycan Tibb Universiteti ilə üz-üzə gələcək. Yarımfinal matçında futbolçularımıza uğurlar arzulayırıq!