Fransa millisi DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeş seçməsini 2:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
"Unikal" xəbər verir ki, Didye Deşamın komandası 84 il sonra ardıcıl iki dəfə dünya çempionatının finalına vəsiqə qazanan ikinci Avropa komandası olub.
İlk dəfə İtaliya yığması 1934 və 1938-ci illərin mundiallarında finala yüksəlməklə bu uğura imza atıb. “Xoruzlar” isə DÇ-2018-dən sonra Qətərdəki yarışda da final həyəcanı yaşamaq hüququna yiyələniblər.
Qeyd edək ki, Fransa millisi dekabrın 18-də Bakı vaxtı ilə saat 19:00-da finalda Argentina ilə qarşılaşacaq.