Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, final oyununu polşalı Şimon Marçiniak idarə edəcək.

Yan xətt hakimləri Pavel Sokolnicki və Tomas Listkiewicz olacaq.

Qətərdə keçirilən dünya çempionatının final oyunu dekabrın 18-də keçiriləcək. Dekabrın 17-də isə keçiriləcək üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş komandaları mübarizə aparacaq.

Gültəkin