Şok:

Balakəndə avtomobillə Gərəkli kəndinə gələrək avtomatdan atəş açan şəxslərdən daha

Balakəndə silahlı insident olub. Bu barədə Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə rayonun Gərəkli kəndində qeydə alınıb. Gecə saatlarında “Niva” markalı avtomobillə kəndə daxil olan bir qrup şəxs avtomat silahdan bir neçə dəfə atəş açıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Hadisə baş verən ərazidən 5.45 çaplı bir neçə giliz götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Niva” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Polad Kamil oğlu Sultanov saxlanılıb.

Hadisənin digər iştirakçıları – 1990-cı il təvəllüdlü Murad İlqar oğlu Əzizov və 1995-ci il təvəllüdlü Emil Şabnus oğlu Dibirovun tutulması istiqamətində isə axtarışlar davam etdirilir.

Polisdən həmçinin bildirilib ki, hadisədə istifadə olunan avtomat silahı M. Əzizova məxsus olub, atəşi də o açıb. Hadisənin motivi hələlik məlum deyil.

RPŞ-nin axtarış-əməliyyat qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində ötən gün “Niva” markalı avtomobillə rayonun Gərəkli kəndinə gələrək avtomat silahdan atəş açan, 1990-cı il təvəllüdlü Balakən şəhər sakini Murad İlqar oğlu Əzizov tutulub.

Murad Əzizov tutularkən ondan atəş açdığı 5,45 çaplı Kalaşnikov avtomat silahı da götürülüb. M. Əzizov istintaqa verdiyi ilkin ifadəsində silahı rayon ərazisindən tapdığını deyib. RPŞ-dən bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.

Hazırda Balakən RPŞ-nin əməkdaşları hadisənin digər iştirakçısı - rayonun Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Emil Şabnus oğlu Dibirovun tutulması istiqamətində axtarışları davam etdirir.

Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində ötən gün “Niva” markalı avtomobillə rayonun Gərəkli kəndində avtomat silahdan atəş açan dəstənin daha bir üzvü, 1993-cü il təvəllüdlü Gərəkli kənd sakini Fərid Murtuz oğlu Alqayev tutulub.

Balakən RPŞ-dən bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.

Hazırda Balakən RPŞ-nin əməkdaşları hadisənin digər iştirakçıları - rayonun Qullar kəndinin sakinləri, 1991-ci il təvəllüdlü İsrafil Aydın oğlu Sarıyev və 1995-ci il təvəllüdlü Emil Şadnus oğlu Dibirovun tutulması istiqamətində isə axtarışlar davam etdirir.

Baş vermiş hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.