"Kanal D" telekanalında yayımlanan "Camdakı kız" serialında daha bir aktrisa heyətdən ayrılır.
"Unikal" xəbər verir ki, 3 sezondur "Feride" obrazına həyat verən aktrisa Nur Sürer yaxın günlərdə ekran işinə vida edəcək. Buna səbəb aktrisanın serialla anlaşmasının dekabr ayında başa çatmasıdır. Həmçinin, bildirilir ki, Nur Sürerə Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun baş rolda olduğu “Ailə” serialından təklif gəlib.
Qeyd edək ki, ekran işində Burcu Biricik, Feyyaz Şerifoğlu və Hamza Yazıcı kimi məşhurlar da rol alır.