"Qarabağ" futbol klubu dörd oyunçusu ilə müqaviləni yeniləyib.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.
Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik yeni müqavilələr imzalanıb.
Cəfərquliyev və İbrahimli 2018-ci, Bayramov və Qurbanlı isə 2019-cu ildən Ağdam klubunda təmsil olunur.