İranda daha bir aktrisa - Təranə Əlidusti saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, aktrisa yalan və təhrif olunmuş məzmun dərc etmək, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunub.
Xatırladaq ki, Təranə bir müddət əvvəl ölkədəki etirazçılara dəstək olmaq üçün hicabsız fotosunu yaymışdı.