Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov və onun mərhum atası və məşqçisi  Abdulmanap Nurməhəmmədovun şəkilləri Dünya Kubokunun finalına ev sahibliyi edən Qətərin paytaxtı Doha şəhərinin ətrafında yerləşən Əl Cabir əkiz qüllələrində yayımlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, bu, Rusiyanın mərhum əməkdar məşqçisi Abdulmanap Nurməhəmmədovun 60 yaşının şərəfinə  işıqlandırılıb. Həbib Nurməhəmmədovun atası 2020-ci ildə 57 yaşında koronavirusdan Moskvada vəfat edib.