Türkiyənin məşhur cütlüyü aktrisa Aslı Enverlə həyat yoldaşı Berkin Gökbudak ilk dəfə birgə görüntülənib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar çıxışda yürüyüş edənrkən müxbirlərin də suallarını cavablandırıb.

Hamilə olan aktrisa bununla bağlı suallara "Hər şey çox yenidir. Böyüklərimiz deyimi var ki, danışmaq üçün çox erkəndir, amma hər şey çox yaxşıdır" deyə, söyləyib. 

Gökbudak "Aslı xanımın aktrisalığını bəyənirsiniz" sualına isə belə cavab verib:

"Aslıyla qürur duyuram. Əvvəllər də izləyirdim. Çox yaxşı aktrisadır".